Rusiya XİN-dən müharibənin hansı şərtlərdə bitəcəyi barədə ŞOK AÇIQLAMA

18:53 - 14 İyul 2022

Rusiya XİN-dən müharibənin hansı şərtlərdə bitəcəyi barədə ŞOK AÇIQLAMA

“Rusiya Federasiyası qarşıya qoyulan məqsədlərə çatana qədər Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətindədir”.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O vurğulayıb ki, ABŞ və müttəfiqləri Ukraynanın döyüş qabiliyyətini gücləndirmək üçün boş yerə səy göstərirlər.

“Rusiyanın keçirdiyi “xüsusi hərbi əməliyyat” davam edəcək və qarşıya qoyulan bütün məqsəd və vəzifələr ölkə rəhbərliyi tərəfindən yerinə yetiriləcək”, - deyə Zaxarova bildirib.

Eyni zamanda, Zaxarova konkret olaraq hansı məqsədləri nəzərdə tutduğunu açıqlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az