“Bütün vətəndaşlarımı dəvət edirəm" - Ərdoğandan 15 iyul paylaşımı

19:49 - 14 İyul 2022

“Bütün vətəndaşlarımı dəvət edirəm\" - Ərdoğandan 15 iyul paylaşımı

FETÖ-nün xain çevriliş cəhdindən 6 il ötür.

Qanlı çevriliş cəhdinin ildönümündə 15 iyul şəhidlərimiz rəhmətlə yad edilir.

Manşet.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında 15 iyulun ildönümü ilə bağlı paylaşım edib.

İyulun 15-də bütün vətəndaşları İstanbul Saraçhane Meydanına toplaşmağa dəvət edən Ərdoğan paylaşımında qeyd edib:

“Bütün vətəndaşlarımı dəvət edirəm. Çevriliş cəhdini böyük bir dastana çevirdiyimiz və vətənimizə çatan şər əlləri məhv etdiyimiz 15 iyulun ildönümündə İstanbul Saraçhane meydanında olacağıq. Bütün vətəndaşlarımı şanlı mübarizəmizi, şəhidlərimizi yad edəcəyimiz toplantımıza dəvət edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az