“Ukraynada müharibə uzun müddət davam edəcək” - Makron

20:00 - 14 İyul 2022

“Ukraynada müharibə uzun müddət davam edəcək” - Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Ukraynadakı münaqişəyə müdaxilə etmədən onu dayandırmaq istəyir.

Manşet.az xəbər verir ki, o, bu barədə TF1 və France 2 telekanallarına müsahibəsində bildirib.
“Biz Ukraynada müharibənin uzun müddət davam edəcəyinə hazır olmalıyıq. Yay və payızın əvvəli çətin olacaq. Biz müharibəyə qarışmadan onu dayandırmaq istəyirik. Biz yeni dünya müharibəsi istəmirik”, - deyə Fransa lideri bildirib.

Makron həmçinin qeyd edib ki, Fransa Ukraynaya kömək etməyə davam edəcək və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az