İtaliya prezidenti baş nazirin istefasını qəbul etmədi - YENİLƏNİB

22:24 - 14 İyul 2022

İtaliya prezidenti baş nazirin istefasını qəbul etmədi - YENİLƏNİB

İtaliya prezidenti Sercio Mattarella ölkə hökumətinin başçısı Mario Draqinin istefasını qəbul etməyib.

Manşet.az xəbər verir ki, baş nazir istefa niyyətini bu gün hökumətin iclasında açıqlayıb. O, dövlət başçısına müvafiq ərizəni təqdim edəcəyini bildirib.

***

İtaliyanın baş naziri Mario Draqi tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Manşet.az xəbər verir ki, onun mətbuat xidmətinin cümə axşamı verdiyi məlumata görə, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı dövlət başçısı, prezident Sercio Mattarellaya çatdıracağını bildirib.

“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika prezidentinə təqdim edəcəyəm”, - hökumətin mətbuat xidməti onun sözlərindən sitat gətirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az