Bu ölkə ordusunu yüksək hazırlıq vəziyyətinə gətirdi

23:15 - 14 İyul 2022

Bu ölkə ordusunu yüksək hazırlıq vəziyyətinə gətirdi

Macarıstan Silahlı Qüvvələrinin döyüş hazırlığını artırıb.

Manşet.az "Oxu.az"a istinadən xəbər verir ki, bu çərçivədə silahların genişmiqyaslı tətbiqi ilə hərbi təlimlər və qoşunların hərəkətliliyi nəzərdə tutulur.

Bu barədə Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovniçki məlumat verib.

“Silahlı Qüvvələrin döyüş hazırlığının gücləndirilməsi çərçivəsində hərbçilər əsas texnika və silahlardan istifadə, eləcə də bununla bağlı komanda hərəkətləri üzərində daha intensiv çalışacaqlar”, - deyə nazir bəyan edib.

O, vurğulayıb ki, macar xalqının təhlükəsizliyi hökumət və Müdafiə Nazirliyi üçün prioritet olaraq qalır.

“Şərq qonşumuzun ərazisində dayanmayan müharibə gedir və qaçaqmalçılar tərəfindən təşkil edilən qeyri-qanuni miqrantların axını cənubdan getdikcə daha aqressiv şəkildə ölkəmizi təhdid edir. Biz hadisələri qabaqlamalıyıq”, - deyə nazir Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması əmrinin səbəbini izah edib.

Həmçinin o, bildiirb ki, Müdafiə Nazirliyi müharibənin Macarıstan sərhədinə çatmayacağına əmindir. Lakin hakimiyyət buna hazırlaşmaq üçün əlindən gələni edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az