"Tesla" və "SpaceX" şirkətlərinin sahibi, amerikalı iş adamı İlon Maskın 76 yaşlı atası Errol Maskın ögey qızından övladı dünyaya gəlib.
Manset.az xəbər verir ki, Elonun atası Errol və Heidi Bezuidenhout 1976-cı ildə evlənib. 14 il evli qaldıqdan sonra boşanıblar. Bu müddət ərzində cütlüyün 2 övladı olub. Errol və Heidinin öncəki evliliklərindən də uşaqları var idi. Elə hazırda Errol Maskdan övlad dünyaya gətirən qadın da öncəki evlilikdən olan uşaqlardan biridir.
Qeyd edək ki, 2018-ci ildə Elonun atasının ögey qızından ilk övladı dünyaya gəlmişdi.
