Mərkəzi Amerika ölkəsi olan Hondurasda keçmiş prezident Porfirio Lobonun oğlu da daxil olmaqla 4 nəfər silahlı hücumda həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, onlar paytaxt Tequsiqalpada gecə klubundan avtomobilləri ilə çıxarkən hücuma məruz qalıb.
Maşından zorla çıxarılan 4 nəfər silahlı şəxslər tərəfindən güllələnib.
Hücumla bağlı hərtərəfli istintaq başladılıb.