Rusiyanın məşhur baş məşqçisi vəfat ETDİ

19:13 - 15 İyul 2022

Rusiyanın məşhur baş məşqçisi vəfat ETDİ

Rusiya millisinin və Moskvanın “Spartak” futbol klubunun keçmiş baş məşqçisi Georgi Yartsev 75 yaşında vəfat edib.

Manşet.az xəbər verir ki, bu barədə qırmızı-ağların mətbuat xidməti məlumat yayıb.

“Əfsanəvi Georgi Aleksandroviç Yartsev dünyasını dəyişdi. Kostroma futbolunun yetirməsi “Spartak”ın tarixinə əbədi olaraq parlaq oyunçu, parlaq məşqçi və görkəmli şəxsiyyət kimi düşdü. Onun qırmızı-ağlar üçün qolları, 1996-cı ilin məşhur “Pionerotryad”ı və gözəl təbəssümü həmişə qəlbimizdə qalacaq. Ailəsinə, dostlarına və bütün idmansevərlərə dərin hüznlə başsağlığı veririk”, - deyə mətbuat xidmətinin bəyanatında bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az