Dəhşətli HADİSƏ: 43 nəfər istidən öldü

21:31 - 15 İyul 2022

Dəhşətli HADİSƏ: 43 nəfər istidən öldü

İspaniyada şiddətli istilərlə əlaqədar iki gün ərzində 43 nəfər vəfat edib.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə İnstitutu bildirib.

Qeyd olunub ki, ölüm halları, əsasən, iyulun 10-11-də qeydə alınıb. Həyatını itirənlərin böyük əksəriyyətinin 75 yaşdan yuxarı şəxslərin olduğu deyilir.

İyun ayı ərzində İspaniyada istidən ölənlərin sayı 829 nəfər təşkil edib. İyul ayında isə bu günədək 111 nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, son günlər bütün İspaniya ərazisində şiddətli istilər hökm sürür. Ölkənin bəzi yerlərində temperatur 45 dərəcəyədək çatır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az