Almaniya Moldovaya 40 milyon avro verəcək

22:40 - 15 İyul 2022

Almaniya Moldovaya 40 milyon avro verəcək

Almaniyanın xarici işlər naziri Annalena Baerbok ukraynalı qaçqınlara ev sahibliyi edən Moldovaya 40 milyon avro yardım edilməsinin planlaşdırıldığını açıqlayıb.

Manşet.az xəbər verir ki, Ukrayna ilə Rusiya arasında fevralın 24-də başlayan müharibə davam edərkən milyonlarla ukraynalı öz ölkələrini tərk etmək məcburiyyətində qalıb.

Almaniya Rusiya-Ukrayna müharibəsi səbəbiylə ölkəsində 70 mindən çox ukraynalı qaçqını qəbul edən Moldovaya büdcə dəstəyi qərarını açıqlayıb.

"Moldova çox kritik vəziyyətdədir. Bu ölkə Ukraynadan olan qaçqınlara kömək etmək üçün əlindən gələni edib " , - Almaniyanın xarici işlər naziri Annalena Baerbok bu gün bildirib.

Nazir Baerbok çıxışında Almaniya Xarici İşlər və İnkişaf Nazirliyinin Moldovaya bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün 40 milyon avro dəstək verəcəyini bildirərək, dəstək qərarının Almaniya Parlamentinin Büdcə Komitəsi tərəfindən təsdiqlənməsi lazım olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az