Xəbər verdiyimiz kimi, Ermənistanın yenidən baş naziri seçilmiş Nikol Paşinyan ilk rəsmi səfərini avqustun 5-də İran İslam Respublikasına etdi. Səfərdə məqsəd İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak olsa da, iki ölkə rəhbərləri arasında keçirilən görüş regionda aktiv müzakirələr yaratdı.
Manset.az xəbər verir ki, görüşdən sonra yayılan rəsmi məlumata görə, Paşinyan Rəisi ilə danışıqlarda İranla əlaqələrin inkişafının Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Tərəflər, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan əlavə, Paşinyan “Mehri” azad iqtisadi zonasının aktivləşməsi və İranla Avrasiya İqtisadi ittifaqı arasında sərbəst ticarət rejiminin bunun təşviqində rolunu diqqətə çatdırıb.
Bağlı qapılar arasında baş tutan görüşdə regional məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin də aparıldığı istisna edilmir. Siyasi kluarlarda gəzən iddialara əsasən, İran tərəfi Zəngəzur dəhlizinə alternativ imkanlarını nəzərdən keçirir və ölkə başçılarının ilk görüşündə bu məsələnin diqqətdən kənarda qalmadığı ehtimal olunur.
Ekspertlərin fikrincə, İran və Ermənistanın gizli planı bölgəni yenidən alovlandırmaq niyyəti daşıyır. Tərəflərin alternativ variantları gizli danışıqlar masasında nəzərdən keçirməsi hələlik rəsmən təsdiqlənməsə də, çox güman ki, yaxın vaxtlarda Tehran və Yerevanın məqsəd və məramı bəlli olacaq.
Zəngəzur dəhlizinə alternativ mümkündürmü? İran Azərbaycanla əlaqələri pozacaq riskə getməyə hazırdırmı?
Mövzu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, İran Ermənistana dəstək verməklə xəyallar qurur. Lakin nə İran, nə də Ermənistan Azərbaycanın Zəngəzur layihəsini əngəlləyə biləcək.
"Mollalar bir vaxtlar Qara dənizə çıxarmaq istədikləri boru kəmərlərini Ermənistanın ərazisindən keçirmək üçün təkliflər edirdilər. Amma bu işlərin başında duran, aranı qarışdıran molla rejiminin fars şovinizminə söykənən qanadıdır. Türkiyə-Azərbaycan qardaşlığını qısqanaraq alternativ təkliflər irəli sürürlər. İran ermənilərlə dəmir yolu xətti çəkmək istəyir. Guya bununla hara gedib çıxa biləcəklər ki? Ermənistan sərhədindən o tərəfə heç nə yaratmağa imkan yoxdur. Üstəlik, İsrail, Avropa, Amerika İranı çox ciddi ittihamlarla təhdid edir, rejimi dəyişmək, sanksiyalarla boğmaq istəyirlər. Onu da deyim ki, İranı vurmaq planının başında elə Amerika özü dayanacaq".
Qabil Hüseynlinin fikrincə, İran hazırda Suriya və İraqda da aranı qarışdırmağa davam edir:
"İndi isə Ermənistanla ittifaq yaratmaqla bölgədəki vəziyyəti gərginləşdirməyə çalışırlar. İran müasir dünya düzəni ilə üst-üstə düşməyən teokratik rejim yaradıb. Əl boyda Ermənistanla mollalar hansı sağlam işbirliyi yarada bilər? Gərginlik yaratmağa çalışan araqarışdıranlar istəyinə çata bilməyəcəklər. Onlar sadəcə bir müddət ictimai fikri dalğalandırıb, sonradan sönüb, yox olacaqlar.
Ermənistanla işbirliyi yaratmaq istəyinə düşüblərsə, bu, molla rejiminə yaxşı heç nə vəd etmir. Əlləri hər şeydən üzülüb, rejim görün nə günə qalıb ki, müharibədə məğlub olmuş, hələ dizi üstündə qalan, ayağa qalxa bilməyən iki milyonluq ölkə ilə hansısa iqtisadi layihə planlaşdırır. Bu, başdan ayağa avantüradır, həyata keçməsi mümkün deyil".
Bir məqamı vurğulayaq ki, İran Ermənistanla birgə bölgənin geoiqtisadi mənzərəsini dəyişəcək Zəngəzur layihəsinə qarşı çıxacağı təqdirdə, bu, qonşu ölkədə yaşayan milyonlarla azərbaycanlının kəskin etirazına səbəb olacaq. Təbrizin Azərbaycanın maraqlarına zidd olan təxribatçı planla barışmayacağını, soydaşlarımızın küçələrə axışaraq etiraz səsini qaldıracağını əminliklə deyə bilərik.
Qarabağın 30 illik işğalına son qoyulmasını böyük sevinclə qeyd edən İran azərbaycanlıları bölgədə sülh və təhlükəsizliyə zərbə olacaq istənilən planın, eləcə də Azərbaycana qarşı yönələn hər bir addımın önündə keçilməz sipər kimi dayanmağa hazırdırlar.
Bəs, bundan xəbərsiz olmayan ölkə rəhbərliyi Ermənistanın maraqları naminə milyonlarla insanla üz-üzə gəlməyi, kütləvi etirazlar fonunda hakimiyyətini təhlükəyə atmağı gözə alacaqmı?
Onsuz da heç bir layihədə uğur və perspektiv vəd etməyən Ermənistan üçün belə riskə getməyin lüzumsuz olduğunu İranı idarə edən güclər bilməmiş deyillər. Əlbəttə, belə situasiyada İran iki seçim qarşısında qalır:
Ya "dost" Ermənistan üçün özünü oda atmalı, ya da Azərbaycanın regionda yaratdığı reallıqlarla barışmalıdır.
İranın gizli Zəngəzur planı: Təbriz buna imkan verməyəcək
23:02 - 08 Avqust 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycanın Su-25-ləri beynəlxalq təlimdə: FOTO/VİDEO - YENİLƏNİB

Hindistan ona 24 saat vaxt verdi

"ABŞ Suriya sanksiyalarını dayandıracaq" - Tramp

İrandan Xəzər dənizi üzrə xüsusi təyinat

Ərdoğandan NATO-ya çağırış

Anasını döyərək boğdu - Dəhşətli ailə faciəsi

Məşhur aktyor vəfat etdi - FOTO

Baş verən qarşıdurmalarda onlarla insan öldü

Eyni ailədən 1 uşaq öldü - 4 nəfər yaralandı

İlk səfərini Türkiyəyə edəcək

Putin Türkiyəyə gedəcək? - Kreml açıqladı

ABŞ İrana qarşı sanksiyaları genişləndirir
Xəbər xətti
- 13 May 2025
- 23:11 "Avroviziya - 2025" mahnı müsabiqəsi BAŞLADI
- 23:06 Naxçıvanda maşın 4 nəfəri vurdu - FOTO
- 22:53 “Qarabağ” bu tarixdə mükafatlandırılacaq
- 22:38 Şəmkirdə xəstəxanaya yeni TƏYİNAT
- 22:16 Rayona dolu yağdı - Mayda təbiət sürprizi
- 21:57 Bu şəxslərə mənzil VERİLƏCƏK
- 21:51 Azərbaycanın Su-25-ləri beynəlxalq təlimdə: FOTO/VİDEO - YENİLƏNİB
- 21:44 Hindistan ona 24 saat vaxt verdi
- 21:31 Azərbaycanda yüksək vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən çıxarıldı
- 21:17 İşdən çıxarılan direktorun DOSYESİ
- 21:12 "ABŞ Suriya sanksiyalarını dayandıracaq" - Tramp
- 20:26 Tanınmış aparıcının adından istifadə - İfşa edildi
- 20:16 Təmsilçilərimiz bu gün səhnədə: "Avroviziya -2025" - FOTO
- 20:03 İrandan Xəzər dənizi üzrə xüsusi təyinat
- 19:51 Qatarın qarşısına heyvan sürüsü çıxdı - ADY-dən açıqlama
- 19:37 Ərdoğandan NATO-ya çağırış
- 19:14 Adı 2-ci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşdü - 55 illik rekord
- 18:54 Vardanyanın məhkəməsi davam etdirilib
- 18:46 Bu rayonlarda şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
- 18:39 "Birgə hərbi təlimlərin sayı artıb" - Zakir Həsənov
- 18:21 Rusiya klubu Bakıya gəlmədi - SƏBƏB
- 18:13 “Georgi lenti” taxan sədr vəzifəsindən çıxarıldı
- 18:08 Prezident Bakı Ekspo Mərkəzində sərgilərlə tanış oldu: FOTOLAR - YENİLƏNİB
- 18:02 Bakıda tarixi bina sökülüb? - RƏSMİ CAVAB
- 17:57 Azərbaycanda 23 ərazinin sakinlərinə XƏBƏRDARLIQ
- 17:54 Anasını döyərək boğdu - Dəhşətli ailə faciəsi
- 17:42 UEFA AFFA-nı cərimələdi
- 17:34 Məşhur aktyor vəfat etdi - FOTO
- 17:24 Bu şəxslərə xəbərdarlıq - Sabah diqqətli olun
- 17:16 Azərbaycanın yeni hərbi prokuroru kimdir?
- 17:13 İlham Əliyev bu sərəncamda dəyişiklik etdi
- 17:00 Prezident onu hərbi prokuror təyin etdi - SƏRƏNCAM
- 16:53 Baş verən qarşıdurmalarda onlarla insan öldü
- 16:52 Baş nazirdən yeni QƏRAR
- 16:45 2 gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 16:31 Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü - FOTO
- 16:23 Eyni ailədən 1 uşaq öldü - 4 nəfər yaralandı
- 16:22 Şəhid bacısı Dünya üçüncüsü oldu - FOTOLAR
- 16:00 "PKK terror təşkilatının ləğvi Türkiyə üçün tarixi zəfərdir"
- 15:51 Magistratura imtahanının nəticələri AÇIQLANDI
- 15:47 Bunu edənlər 1 ilədək həbs olunacaq - RƏSMİ
- 15:41 Şərurlu İsfəndiyar məhkəməyə gəldi
- 15:35 Fərid Hüseynov yüksək vəzifəyə təyin edildi - FOTO
- 15:25 Bakıda ən ucuz mənzillər hansı ərazilərdədir?
- 15:22 İlk səfərini Türkiyəyə edəcək
- 15:15 Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- 15:00 "Rusiya-Ukrayna danışıqlarının baş tutacağı real görünmür"
- 14:46 Yeni körpünün inşasına start verildi - FOTO/VİDEO
- 14:45 Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
- 14:34 Milli Məclisin iclasının gündəliyi açıqlandı
- 14:09 Putin Türkiyəyə gedəcək? - Kreml açıqladı

