Rusiya prezidenti Vladimir Putin Krım körpüsünə hücumun arxasında Ukrayna xüsusi təyinatlılarının olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin “Kim Rusiya ilə Qərb arasında gərginliyi artırmaq istəyirsə, onlar “Şimal axını”nın təxribatının arxasındadırlar” - deyib.
O, Rusiyanın enerji müqavilələri qarşısında öhdəliklərini yerinə yetirdiyini vurğulayaraq, “Şimal axını”nın təmirinin mümkün olduğunu bildirib.
Rusiya lideri onu da əlavə edib ki, Rusiya “Şimal axını 2” ilə qaz tədarük etməyə hazırdır.
Putin Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğunu da vurğulayıb.