Ancelina Colinin Bred Pittə yazdığı təsirli mesaj MƏTBUATA SIZDI - FOTO

17:05 - 13 Oktyabr 2022

Ancelina Colinin Bred Pittə yazdığı təsirli mesaj MƏTBUATA SIZDI - FOTO

 

Hollivud ulduzu Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pittə yazdığı duyğusal mesaj mətbuata sızıb.  

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sözügedən qeydləri xeyli izləyici kütləsi olan tiktok istifadəçilərindən biri yayıb. Mesajın Ancelinaya aid olmasını isə "Entertainment Tonight" xəbər saytı təsdiqləyib.

Colinin 2021-ci ilin yanvarında yazdığı mesajda cütlüyün ailə həyatı qurub uzun müddət yaşadığı "Miraval" sarayı ilə bağlı faktlar yer alıb.

Ancelinanın mesajı təsirli sözləri ilə diqqət çəkib. 

O yazıda "Bura bizim evləndiyimiz yerdir. Əkiz övladlarımız burada dünyaya gəldi. Bu evdə yaşlanacağımızı zənn etmişdim. İndi bunları ağlamadan yazmaq mənə o qədər çətindir ki... Düşünürdüm ki, bu malikanə hər zaman bizə xoşbəxtlik gətirib, hüzur verəcək. Belə olmadı. İndi isə mənim burada olmağımı belə istəmirsən. Bu mesajımı oxuyanda xoşbəxt olacağını bilirəm" sözlərini qeyd edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az