Çin prezidenti Si Cinpin deyib ki, Tayvana qarşı bütün hücum variantları masadadır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Si Pekinin "güc tətbiq etmək hüququndan heç vaxt imtina etməyəcəyini, lakin sülh yolu ilə həll üçün səy göstərəcəyini" söyləyib.
“Biz ən böyük səmimiyyət və səylə sülh yolu ilə birləşmə ümidində israr edirik. Amma biz güc tətbiqindən imtina etmək fikrində deyilik. Biz bütün lazımi tədbirləri görmək seçimini özümüzdə saxlayırıq”.
Tayvan məsələsinin "Çin məsələsi" olduğunu müdafiə edən Si, bu məsələnin həllinin Çin xalqından asılı olduğunu vurğulayıb.
Si Cinpinin “Milli birləşmənin tarixi çarxları fırlanır və vətənin tam birləşməsinə nail olmaq lazımdır” – bəyanatına Tayvandan cavab verilib:
“Tayvanın mövqeyi qətidir: milli suverenlikdən geri çəkilmək, demokratiya və azadlıqdan güzəştə getmək olmaz. Döyüş meydanında qarşıdurma Tayvan boğazının hər iki tərəfi üçün qətiyyən seçim deyil”.