İranda iğtişaşlarda iştiraka görə 880 nəfər saxlanıldı

20:51 - 17 Oktyabr 2022

İranda iğtişaşlarda iştiraka görə 880 nəfər saxlanıldı

İranın şimalındakı Gilan əyalətinin hakimiyyət orqanları iğtişaşlar törətmək, təhrik etmək, dinc əhaliyə hücum etmək və ictimai əmlaka ziyan vurmaqda təqsirli bilinən azı 880 nəfəri saxlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri əyalət ərazisində yandırıcı qarışıqların istehsalı ilə məşğul olan və vandalizm aktları törətmək niyyətində olan dəstəni müəyyən etməyə nail olub.

Oktyabrın 4-də İslam İnqilabı Keşikçiləri Korpusunun Gilandakı komandiri Məhəmməd Abdullahpur 8 qiyamçı qrupun məhv edildiyini və iğtişaşların 106 təşkilatçısının saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az