Sülhməramlıların maşını partladıldı - ÖLƏNLƏR VAR

23:58 - 17 Oktyabr 2022

Sülhməramlıların maşını partladıldı - ÖLƏNLƏR VAR

Malinin şimalında BMT sülhməramlılarını daşıyan maşın naməlum şəxslər tərəfindən partladılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT sözçüsü Stefan Düjarrik məlumat verib.

Əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində üç BMT sülhməramlısı həlak olub, daha üçü isə ağır yaralanıb.

Sülhməramlılar Kidal bölgəsinin şimalında mina axtarışı ilə məşğul olan zaman hücuma məruz qalıblar.

Xatırladaq ki, BMT-nin MINUSMA adlı missiyası çərçivəsində Maliyə 12 000-ə yaxın hərbi qulluqçu yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az