Ukraynada dövlət enerji şirkəti Energoatom Rusiyanı Rusiyanın nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyasında 2 yüksək vəzifəli işçini qaçırmaqda ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın enerji şirkəti Energeoatom Telegram-da verdiyi açıqlamada Zaporojye Atom Elektrik Stansiyasının informasiya texnologiyaları şöbəsinin rəhbəri Oleh Kostyukov və direktor müavini Oleh Oşekin dünən oğurlandığını bildirib:
“Onların hazırkı yeri və vəziyyəti haqqında heç nə məlum deyil”.