Cənubi Koreyadakı çempionata hicabsız qatılan iranlı idmançıdan xəbər yoxdur

16:33 - 18 Oktyabr 2022

Cənubi Koreyadakı çempionata hicabsız qatılan iranlı idmançıdan xəbər yoxdur

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən qayayadırmanma üzrə Asiya çempionatının final mərhələsində iranlı qaya alpinisti Elnaz Rekabi hicabsız yarışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rekabinin bu addımı 22 yaşlı Mahsa Amini əxlaq polisi tərəfindən öldürüləndən sonra başlayan nümayişlərə dəstək üçün atdığı təxmin edilir.

Fars xəbər saytları Rekabinin getməyə zorla məcbur edildiyini və İranda həbs oluna biləcəyini yazıb. Amma Tehran bu iddiaları rədd edib. İranın Cənubi Koreyadakı səfirliyi açıqlamasında bildirib ki, Rekabi komandanın digər üzvləri ilə birlikdə çərşənbə axşamı təyyarə ilə Seuldan ayrılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az