İranın hərbi təlimləri zamanı qəza baş verdi: Ölənlər var

14:31 - 19 Oktyabr 2022

İranın hərbi təlimləri zamanı qəza baş verdi: Ölənlər var

İranın Azərbaycanla sərhəddə hərbi təlimləri zamanı qəza baş verib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın bir neçə nəfərin ölümünə səbəb olduğunu bildiriblər.

Onların sözlərinə görə, İran İnqilabının Keşikçiləri Korpusunun hərbi texnikası bir neçə qəzanın yaranmasına səbəb olub.

Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib. Nəticədə yük maşını əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az