Ermənistan xarici işlər naziri Ararat Mirzoyan xarici işlər naziri Çavuşoğlu ilə görüşə hazır olduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mirzoyan, "Biz dialoqun uğurlu olmasını istəyirik. Onun uğurlu olmasına kömək edəcək istənilən görüş, şübhəsiz ki, baş tuta bilər. Mən heç vaxt belə görüşə etiraz etməmişəm" - bildirib.
O, bu görüşlər zamanı tərəflər diplomatik münasibətlərin qurulması və ölkələr arasında sərhədlərin açılması istiqamətində səmimi və ciddi addımlar atmalı olduqlarını bəyan edib:
“Yenə də deyirəm ki, mən belə bir görüşə hazıram, ümid edirəm ki, belə bir görüş baş tutsa, əhəmiyyətli nəticələr olacaq”.