Avropa İttifaqı Komissiyası Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı kifayət qədər sübutların toplandığı və Şuranın yeni sanksiyalar hazırladığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyasının sözçülərindən olan Nəbilə Massralı, "Biz indi kifayət qədər dəlil topladıq. Aydın, sürətli və qəti cavab üçün Avropa Şurasında iş davam edir" - deyib.