“Biz Ukraynada müharibəni dayandırmaq üçün öz imkanlarımızdan istifadə etməyə hazırıq” - İbrahim Rəisi

22:09 - 19 Oktyabr 2022

“Biz Ukraynada müharibəni dayandırmaq üçün öz imkanlarımızdan istifadə etməyə hazırıq” - İbrahim Rəisi

İran Prezidenti İbrahim Rəisi ilə Polşa Respublikasının Prezidenti Andrjey Duda arasında telefon danışığı baş tutub.

 

Rəisi bildirib ki, Rusiya-Ukrayna müharibəsində İranın mövqeləri ilə bağlı iddialar əsassızdır: “Bütün bunlar Qərb dövlətlərinin və ABŞ-ın qərəzli siyasətindən qaynaqlanır”

“İran Avropada müharibəyə son qoymaq üçün diplomatik sahədə də daxil olmaqla, bütün imkanlarından istifadə etməyə hazırdır. Biz qəti şəkildə münaqişə və müharibəyə qarşıyıq”, - o əlavə edib.

Polşa prezidenti Andrjey Duda isə ölkəsinin İranla uzunmüddətli dostluq əlaqələrinə toxunaraq, İran xalqının İkinci Dünya Müharibəsi zamanı Polşa qaçqınlarına qarşı qonaqpərvərliyini iki ölkə arasında dostluğun dərinliyinin əlaməti hesab etdiyini bildirib.

Polşa prezidenti İranın həmişə dünyada sülh və sabitliyin genişləndirilməsi və möhkəmləndirilməsinə çalışdığını bildirərək, iki ölkə arasında ikitərəfli və beynəlxalq arenada əməkdaşlıq səviyyəsinin yüksəldilməsinə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az