Britaniyanın baş naziri Liz Truss tərəfindən 43 gün əvvəl təyin edilmiş daxili işlər naziri Braverman vəzifəsindən getdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Braverman Twitter-də paylaşdığı istefa məktubunda şəxsi elektron poçtundan istifadə edərək rəsmi sənəd göndərdiyini və texniki cəhətdən qaydaları pozduğuna görə vəzifəsindən ayrıldığını bəyan edib:
“Səhv etdim, məsuliyyəti boynuma götürüb istefa verdim”.