“ABŞ Ukraynaya yardımı dayandıra bilər” – Axios

16:13 - 20 Oktyabr 2022

“ABŞ Ukraynaya yardımı dayandıra bilər” – Axios

Axios saytı təkrar seçkilərdən sonra ABŞ-nin Ukraynaya yardımı dayandıra biləcəyini yazıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezident Co Bayden tez-tez təkrar seçkinin nəticəsindən asılı olmayaraq Ukraynanı dəstəkləməyə davam edəcəklərini desə də, seçki nəticəsində Respublikaçılar Partiyasının Konqresə nəzarəti ələ keçirəcəyi təqdirdə Kiyevə hərbi yardımların edilməsinin sona çata biləcəyi bildirilir.

Qeyd olunub ki, Rusiyanın Ukraynanı işğal etdiyi gündən bəri ABŞ-də iki tərəfin Kiyevə yardımla bağlı ortaq mövqeyi son dövrdə ciddi şəkildə zədələnib. ABŞ-də iqtisadiyyatın pisləşdiyi və tənəzzül ehtimalının müzakirə edildiyi bir vaxtda Rusiya lideri Vladimir Putinin Respublikaçılar Partiyası daxilindəki ən sərt tənqidçiləri belə Ukraynaya milyardlarla dollarlıq yardımdan narahatdırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az