Ukraynada Rusiyanın İran PUA-ları ilə hücumu zamanı azərbaycanlı həlak oldu- FOTO

19:40 - 20 Oktyabr 2022

Ukraynada Rusiyanın İran PUA-ları ilə hücumu zamanı azərbaycanlı həlak oldu- FOTO

Ukraynanın Kiyev vilayətində Rusiyanın İran kamikadze dronları ilə hücumu nəticəsində əslən Azərbaycanın Goranboy rayonundan olan könüllü hərbçi Əli Həsən oğlu Səfərov həlak olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, Şərqi Avropa bürosuna Poltova vilayəti Azərbaycanlıları Radasının sədri Füzuli Qəmbərov məlumat verib.

Onun sözlərinə görə, 1974-cü il təvəllüdlü azərbaycanlı üç gün əvvəl həlak olub.

O, Ukrayna vətəndaşı idi və yaşadığı Poltava vilayətində dəfn olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az