Türkiyə səfiri Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

00:08 - 21 Oktyabr 2022

Türkiyə səfiri Binəli Yıldırımı və Şamil Ayrımı ziyarət etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayaraq xəstəxanada müalicə edilən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımı və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımı ziyarət edib.

 

Manset.az xəbər verir ki, bu barədə səfir tivtter hesabında yazıb.

“Xəstəxanadayıq. Cənab Binəli Yıldırımı, İstanbuldan olan millət vəkilimiz Şamil Ayrımı, xəstəxanadakı cangüdən dostlarımızı ziyarət etdik. Bütün həkimlər, səhiyyə işçiləri diqqətlidir. Onların səhhətinin yaxşı olduğu barədə məlumat aldıq. Ən xoş arzularımızı çatdırırıq”, - səfir sosial şəbəkə hesabında yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az