Rusiya qoşunları bu səhər Xarkov vilayətinə zərbələr endirib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” yayıb.
Bildirilir ki, hava hücumu təhlükəsi elan olunduqdan sonra partlayış səsləri eşidilib. Hadisə nəticəsində 5 nəfər yaralanıb.
Bununla yanaşı, paytaxt Kiyevdə də hava hücumu təhlükəsi elan olunub.