Rusiyada ölkəyə gələnlər üçün koronavirus testi ləğv edilir

10:18 - 21 Oktyabr 2022

Rusiyada ölkəyə gələnlər üçün koronavirus testi ləğv edilir

Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv olunur.

 

Manset.az xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə oktyabrın 21-dən ölkəyə gələn əcnəbilər koronavirus testi verməyə bilərlər. İndi Rusiya ərazisinə gələn hər bir əcnəbinin təqdim olunan anketi doldurması kifayətdir.

Karonavirusdan peyvənd olunmamış rusiyalılar üçün də COVID-19 testi ləğv edilib. İndiyədək COVID-19 pasportu olmayan rusiyalılar vətənə qayıtdıqdan sonra 3 gün ərzində test verməli olurdular.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az