Qismən səfərbərlik çərçivəsində orduya cəlb olunan əsgərlərin hazırlıq prosesinə nəzarət edən Rusiya prezidenti orada snayperdən atəş açıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin Ryazan bölgəsindəki Qərb Hərbi Dairəsindəki əsgərləri ziyarət edib.
Atıcılıq meydançasına daxil olan Putin qismən səfərbərlik kontekstində orduya çağırılan əsgərlərin hazırlıq prosesini yoxlayıb.
O, burada snayper ilə atəş açıb.