Donald Trampın keçmiş müşaviri Stiv Bannon keçən il Kapitol iğtişaşını araşdıran Konqresin müvafiq komitəsi ilə əməkdaşlıqdan imtina etdiyinə görə 4 aylıq həbs cəzasına məhkum edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin 6500 dollar cərimələnib.
Bannon iş üzrə apellyasiya şikayəti verməyi planlaşdırır və hakim apellyasiya prosesi başa çatana qədər onu azadlığa buraxıb.