Ermənistanın hərbi qulluqçusu özünü asdı

17:36 - 22 Oktyabr 2022

Ermənistanın hərbi qulluqçusu özünü asdı

Ermənistanda müqaviləli hərbi qulluqçunun asılmış halda meyiti tapılıb.

 

Manset.az oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 20-də Yeğeqnadzor şəhər polis şöbəsinə Vayots Dzor bölgəsindəki kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər.

Yaxınlarının sözlərinə görə, həmin şəxs intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az