Ermənistanda müqaviləli hərbi qulluqçunun asılmış halda meyiti tapılıb.
Manset.az oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 20-də Yeğeqnadzor şəhər polis şöbəsinə Vayots Dzor bölgəsindəki kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər.
Yaxınlarının sözlərinə görə, həmin şəxs intihar edib.
Faktla bağlı cinayət işi başlanıb.