Hərbi anbardakı partlayış nəticəsində 3700-dən çox bina dağıldı - VİDEO

12:50 - 23 Oktyabr 2022

Hərbi anbardakı partlayış nəticəsində 3700-dən çox bina dağıldı - VİDEO

Özbəkistanın qərbində Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında oktyabrın 22-də baş vermiş partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə müxtəlif ziyan dəyib.

 

Manset.az xəbər verir ki, bu barədə Sırdərya vilayət adminstrasiyasının mətbuat xidməti məlumat yayıb.

Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib.

Partlayış nəticəsində dəymiş ziyanı qiymətləndirmək üçün müvafiq idarələrin və yerli hakimiyyət orqanlarının nümayəndələrinin daxil olduğu xüsusi işçi qrupu yaradılıb.

Xatırladaq ki, oktyabrın 22-də Müdafiə Nazirliyinin anbarında partlayış baş verdiyi barədə məlumat yayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az