Almaniyalı milyarderin göyərtəsində olduğu təyyarənin qalıqları tapıldı

13:30 - 23 Oktyabr 2022

Almaniyalı milyarderin göyərtəsində olduğu təyyarənin qalıqları tapıldı

Almaniyada ən böyük fitnes-klublar şəbəkəsi olan "McFit"in təsisçisi, milyarder Rayner Şaller və ailə üzvlərinin olduğu təyyarənin qalıqları Kosta-Rika sahillərində tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “El Observador” nəşri Kosta-Rika İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 22-də Meksikadan Kosta-Rikaya uçan təyyarə radarlardan itib. Qəzaya pis hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Milyarderin şəxsi təyyarəsində sevgilisi Kristiana Şikorski, onların uşaqları Aron və Fin, eyni zamanda Markus Kurrek adlı bir şəxs də olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az