Rişi Sunak Böyük Britaniya baş nazirliyinə namizədliyini irəli sürdü - FOTO

14:40 - 23 Oktyabr 2022

Rişi Sunak Böyük Britaniya baş nazirliyinə namizədliyini irəli sürdü - FOTO

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak istefa verdiyini açıqlayan Liz Trassın yerinə baş nazir postuna namizədliyini irəli sürdüyünü açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə oktyabrın 23-də “Twitter”də paylaşım edib.

“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz böyük iqtisadi böhranla üz-üzəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin gələcək baş naziriniz olmaq üçün namizədliyimi irəli sürürəm. Mən iqtisadiyyatımızı sabitləşdirmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, - Sunak yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az