Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşdü: iki nəfər öldü - VİDEO/YENİLƏNDİ

15:37 - 23 Oktyabr 2022

Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşdü: iki nəfər öldü - VİDEO/YENİLƏNDİ

Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirib.

Məlumata görə, sakinlər arasında itki yoxdur.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində "Su-30" hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb. Hadisədən sonra başlayan yanğının sahəsi 200 kv.m-ə çatıb

***

Rusiyada hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hərbi təyyarə İrkutskda ikimərtəbəli evin üzərinə düşüb.

Hadisə İrkutskun Novo-Lenino rayonunda yaşanıb.

Ehtimal olunur ki, bu, təyyarə zavodundan havaya qalxan Su-30 qırıcısı olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az