Türkiyənin İstanbul vilayətində polislərə atəş açılıb.
Manset.az Qafqazinfo-yaistinadən xəbər verir ki, hadisə Silivri rayonunda polis əməkdaşlarının başqa bir hadisənin təhqiqatı ilə məşğul olan zaman baş verib.
Məlumata əsasən, açılan atəş nəticəsində 50 yaşlı polis zabiti yaralanıb. Polis əməkdaşları iki şübhəli bilinən şəxsi zərərsizləşdirərək saxlayıblar.
Yaralanan şəxs Silivri Dövlət Xəstəxanasında yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.