Fransada fırtına evlərin damını uçurdu - FOTOLAR

11:57 - 24 Oktyabr 2022

Fransada fırtına evlərin damını uçurdu - FOTOLAR

Fransanın şimalındakı Pa-de-Kale əyalətinin Biukur kəndində fırtına baş verib. Nəticədə onlarla evin damı uçub.

 

Manset.az xəbər verir ki, kəndin bələdiyyə sədri Benya-Vensan Kay bildirib ki, qəfildən bütün kəndi viran qoyan bir tufan qopdu.

O, kənddəki bəzi evlərin və kilsələrin qismən dağıldığını, bəzi damların uçduğunu və kəndə ciddi ziyan dəydiyini bildirib.

Kənd əhalisinin demək olar ki, yarısının köçürülməsinə ehtiyac var.

Eyni vaxtda Somme əyalətində də təbii fəlakət baş verib. Təsirli olan yağış, dolu və güclü külək ciddi fəsadlara səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az