Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Rusiyaya qarşı təxribat törətmək üçün “çirkli bomba”dan (radioaktiv bomba) istifadə edəcəyi ilə bağlı iddialar səsləndirib. Şoyqu digər ölkələrdəki həmkarları ilə görüşüb və onlara bu məsələ ilə bağlı məlumat verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski sözügedən iddialara reaksiya verərək, "Bu müharibədə ağlasığmaz çirkabların mənbəyinin kim olduğunu bilirlər. Fosfor bombalarından, qadağan olunmuş minalardan və qadağan olunmuş silahlardan istifadə edən Rusiyadır. Rusiya Ukraynanın hazırlıq gördüyünü deyirsə, bu o deməkdir ki, ruslar onları artıq hazırlayıb” - deyib.