Aİ-də smartfonlar üçün vahid adapter tələbi TƏSDİQLƏNDİ

15:56 - 24 Oktyabr 2022

Aİ-də smartfonlar üçün vahid adapter tələbi TƏSDİQLƏNDİ

Avropa Birliyi ölkələri 2024-cü ildə satılacaq elektron cihazlarda USB-C şarj portundan istifadəni məcburi edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Şurası, USB-C, Micro USB və Lightning kimi müxtəlif elektron cihazlar üçün fərqli şarj girişlərini standartlaşdırmaq və elektron tullantıları azaltmaq məqsədi daşıyan tənzimləmənin üzv dövlətlər tərəfindən təsdiqləndiyini açıqlayıb.

Müvafiq olaraq, portativ elektron cihazlarda yeni standart şarj portu USB-C olacaq.

2024-cü ilin sonuna qədər bütün yeni smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ video oyun konsolları, dinamiklər və klaviaturalarda USB-C şarj portları məcburi olacaq.

Beləliklə, tək bir şarj cihazı müxtəlif elektron cihazlarda istifadə edilə bilər.

Yeni cihaz alqı-satqısı üçün kabel və adapter almağa ehtiyac olmayacaq.

Mövcud kabellər və şarj cihazları müxtəlif cihazlarda istifadə edilə biləcək.

Tənzimləmə 2026-cı ildə noutbukları da əhatə edəcək şəkildə genişlənəcək.

Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiq edilən tənzimləmə Aİ-nin rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az