Türkmənistanda Hərbi Hava Qüvvələri və ordunun digər bölmələrinin birgə hərbi səhra təlimləri keçirilib.
Manset.az xəbər verir ki, təlimlərdə ilk dəfə olaraq Türkiyənin “Bayraktar TB-2” pilotsuz uçuş aparatından istifadə edilib. Uçuş aparatı 5 min metr hündürlükdən və 8 min metr məsafədən hədəfi vurmağa nail olub. Bununla da qarşısına qoyulan tapşırığı uğurlu şəkildə yerinə yetirib.
Təlimdə həmçinin hədəf seçilən təyyarəyə zenit batalyonunun zərbələri də məşq edilib.