ABŞ-dən Rusiyaya AÇIQ TƏHDİD

12:03 - 25 Oktyabr 2022

ABŞ-dən Rusiyaya AÇIQ TƏHDİD

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, əgər Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun bədəli ağır olacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prays, Ukraynanın öz ərazisində radioaktiv tərkibli “çirkli bomba” istifadə etməyə hazırlaşdığına dair iddiaları “dezinformasiya” adlandırıb:

"Bu cür iddialara gəldikdə isə, Kremlin keçmişini bilirik".

Prays, ruslara göstərə biləcəkləri hər hansı bəhanənin gərginliyi artırmaq üçün uydurma olacağını, Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyinə dair heç bir əlamət görmədiklərini və ABŞ-ın nüvə yerləşdirilməsi ilə bağlı öz mövqeyini dəyişməsi üçün heç bir səbəb görmədiklərini söyləyib.

O, “Rusiyanın nüvə silahından istənilən istifadəsinin ağır nəticələri olacaq” – deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az