İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin xarici siyasəti ilə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Abdullahiyan, Rusiyaya müharibədən əvvəl silah satdıqlarını, ancaq Ukrayna müharibəsində istifadə etmək üçün silah satmaları iddialarının yalan olduğunu bildirib:
" Biz prinsipial baxımdan Ukraynada müharibənin əleyhinəyik. Biz Rusiyaya Ukrayna müharibəsində istifadə etmək üçün heç bir silah və ya pilotsuz təyyarə verməmişik və verməyəcəyik. Rusiyanın Ukraynaya qarşı müharibədə İranın pilotsuz uçan aparatlarından istifadə etdiyi məlum olsa, biz bu məsələyə əlbəttə ki, biganə qalmayacağıq”.
İddiaların araşdırılması üçün Ukrayna ilə hərbi ekspertlərin iştirakı ilə birgə iclas keçirməyə hazır olduqlarını bildirən Abdullahiyan bu təklifi Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel ilə görüşündə ona çatdırdığını bildirib.