Rusiya hərbçiləri Xersonda mülki avtomobili atəşə tutdular: Sağ qalan uşağın qolu kəsildi

19:33 - 25 Oktyabr 2022

Rusiya hərbçiləri Xersonda mülki avtomobili atəşə tutdular: Sağ qalan uşağın qolu kəsildi

Ukraynanın Xerson vilayətində Rusiya hərbçiləri mülki avtomobili atəşə tutublar. Nəticədə iki nəfər ölüb, beş yaşlı uşaq yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə şəhər meri Oleşek Yevgeni Rışuk məlumat verib.

Onun sözlərinə görə, hadisə Rusiya qoşunlarının Neçayev yaxınlığındakı keçid məntəqəsində baş verib.

“Sürücü - gənc oğlan yerindəcə keçinib. Digər qadın sərnişin isə xəstəxanada dünyasını dəyişib. Beş yaşlı uşaq sağdır, qolunun bir hissəsi kəsilib”, - deyə o bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az