İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif etdi - Erməni deputat AÇIQLADI

21:28 - 25 Oktyabr 2022

İran Ermənistana birgə hərbi təlimlər keçirməyi təklif etdi - Erməni deputat AÇIQLADI

“Son iki il ərzində rəsmi Tehrandan təklif gəlməsinə rəğmən İranla bir dəfə də olsun təlim keçirilməyib”.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,  bunu Ermənistan parlamentinin müxalif deputatlarından Anna Qriqoryan parlamentdə söyləyib.

Onun sözlərinə görə, müvafiq qanunvericilik bazası belə formalaşmayıb:

“İki il ərzində İranla əməkdaşlığı inkişaf etdirmək üçün nələr edilib? Hakimiyyətin yeritdiyi siyasət nəticəsində Ermənistan geosiyasi toqquşmaların episentrinə çevrilə bilər. Müxtəlif qüvvələrin cəmləşdiyini nəzərə alsaq, bu toqquşma Sünikdə baş verə bilər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az