"Tweet"lər hara yoxa çıxdı?

21:15 - 26 Oktyabr 2022

\"Tweet\"lər hara yoxa çıxdı?

"Twitter" ən aktiv istifadəçilərini itirir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məşhurlar getdikcə sosial şəbəkədəki hesablarını nədənsə gizlətməyə başlayıblar.

"Twitter" ən vacib biznes istifadəçilərini saxlamaq üçün mübarizə aparır", - deyə agentlikdən vurğulanır.

Məqalədə həmçinin qeyd olunub ki, şirkəti almaq və 44 milyard dollarlıq müqavilə bağlamaq üçün son tarix yaxınlaşdıqca "Tesla"nın baş icraçı direktoru problemlə üzləşir.

Şirkətin daxili araşdırmalarına görə, son iki il ərzində "Twitter"in aktiv ingilisdilli istifadəçilərinin maraqları dəyişib. Bu istifadəçilər arasında xəbərlərə, idmana və əyləncəyə maraq getdikcə azalır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az