İranda təyyarə qəza enişi etdi: xəsarət alanlar var

22:19 - 26 Oktyabr 2022

İranda təyyarə qəza enişi etdi: xəsarət alanlar var

Yəzd-Məşhəd reysi üzrə uçan təyyarə təcili eniş edib, xəsarət alanlar var.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Yəzd-Məşhəd reysi üzrə uçan təyyarədə texniki nasazlıq yaranıb və təyyarə Yəzd şəhərinin beynəlxalq hava limanına təcili eniş edib.

Eniş zamanı sərnişinlərdən 10 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Təyyarə Yəzd hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş etməyə məcbur olub.

Xəsarət alan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az