“Mercedes-Benz” şirkəti Rusiyadakı bazarından tamamilə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Sənaye və Ticarət Nazirliyindən verilən açıqlamada Mercedes-Benz-in Rusiyadakı bütün aktivlərinin “Avtodom”a verilməsi ilə bağlı müqavilə imzalandığı bildirilib.
“Mercedes” şirkəti Rusiyadakı istehsalını mart ayında dayandırmışdı.