Britaniya araşdırma şirkəti Rusiyanın Ukraynaya raket hücumları həyata keçirən gizli birliyini ifşa edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 30 nəfərlik gənc mühəndislər qrupu 3 komandaya bölünərək işləyir. Gizli bölmənin başında duran ad polkovnik-leytenant İqor Baqnyukdur.
Baqnyukun Suriyada xidmət etdiyi güman edilir və faktlar onun bu ölkədə raket zərbələrini də koordinasiya etdiyini göstərir.