“Ağır qəza idi, 2 dəfə əməliyyat olundum” - VİDEO

14:46 - 27 Oktyabr 2022

“Ağır qəza idi, 2 dəfə əməliyyat olundum” - VİDEO

Oktyabrın 20-si Cəbrayılda avtomobil qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyasətçi jurnalistlərə açıqlamasında bunları deyib:

“Avtomobil bir neçə dəfə aşdı, ağır qəza keçirdik. Hadisə nəticəsində başımda cərrahi müdaxilə tələb olunan kəsik var idi. İki dəfə əməliyyat olundum.

Bundan başqa, körpücük sümüyü ayrılmışdı, bu da həll edildi. İki qabırğa sınığım var idi, bunlar da zamanla yaxşılaşacaq.  

Azərbaycanda edilən ilk müdaxilənin ardından məmləkətimizə qayıtdıq. Yaxşıyıq, bundan sonrakı müalicəmiz evdə davam edəcək”.

Binəli Yıldırım qəza baş verən andan onun vəziyyəti ilə xüsusilə maraqlanan Azərbaycan Prezidenti İlham Əliyevə öz diqqətinə və dəstəyinə görə təşəkkür edib. 

O, həmçinin ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edərək qeyd edib ki, Ərdoğan gün ərzində bir neçə dəfə zəng edərək həkimlərdən onun vəziyyəti barədə məlumat alıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az